Üçölçülü printer vasitəsilə kəllə sümüyünün implantı yaradılıb

31 Mart 2014 - 16:00 | Texnoloji yeniliklər
Üçölçülü printer vasitəsilə kəllə sümüyünün implantı yaradılıb

Niderlandda cərrahlar sümük toxumasının nadir xəstəliyindən əziyyət çəkən 22 yaşlı qıza kəllə sümüyünün üçölçülü protezini implantasiya etməyə müvəffəq olublar. Xəstəlik səbəbindən qızın kəllə sümüyü 5 sm qalınlaşmışdı (normada 1,5 sm olmalıdır). Nəticədə isə sümük beyinə təzyiq göstərməyə başlamışdı ki, bu da görmə qabiliyyətinin itməsi, güclü baş ağrıları və koqnitiv pozğunluğa gətirib çıxarmışdı. 

Kəllə sümüyünün yuxarı hissəsini ləğv etməyə qərar verən həkimlər onu üçölçülü printerlə yaradılmış plastik implantla əvəz ediblər. 23 saat davam edən əməliyyat Utrexta şəhər Universitetinin Tibb Mərkəzində aparılıb. 

Həkimlərin sözlərinə görə, bu, orqanizmin kəllə sümüyü köçürməsini imtina etmədiyi dünyada ilk hadisədir. 

Kəllə sümüyünə ideal dərəcədə uyğun gələn protezi yaratmağa xüsusi çap metodikası imkan verib. newsgeorgia.ru saytının məlumatına görə, aparılmış əməliyyatdan sonra pasiyentin görmə qabiliyyəti bərpa olunub. 3 aydan sonra isə pasiyent əvvəlki iş rejiminə qayıdıb.