Son 5 il ərzində “IBM” şirkəti nümayəndələri beş futuristik texnologiya və texnoloji yeniliklərin yer aldığı “5in5” proqnozunu hazırlayır və dərc edirlər. Şirkət nümayəndələrinin fikrincə, bu texnologiyalar sonrakı beş il boyunca bizim həyatımıza daxil olacaq və onun bəzi aspektlərinə mühüm təsir edə biləcək. dailytechinfo.org resursu bu texnologiyaları təqdim edir:
Süni intellekt tibbi diaqnostika vasitəsi kimi
Dərin maşın təlimi və özünütədris funksiyaları ilə təchiz edilmiş süni intellekt sistemlərinə malik kompüterlər pasiyentin nitqini, onun yazdığı sözləri sintaksis, punktuasiya və digər parametrlərin xüsusiyyətlərində nəzərə çarpan bəzi nəzarət indikatorlarının axtarışında analiz edə biləcək.
Toplanmış məlumatlarla əlaqələndirilən analizin nəticələri həkimlərə insanın psixikası da daxil olmaqla, onun sağlamlıq vəziyyətinə dair daha ətraflı məlumat əldə etməyə imkan verəcək. Bu isə, öz növbəsində, Parkinson, Alzaymer, Hantinqton və autizm xəstəliyinin ən erkən mərhələlərində diaqnoz qoymağa kömək edəcək.
Supergörmə
Təsvir və süni intellektin formalaşması hipertexnologiyasından istifadə edən yeni qurğular insanlara daha geniş diapazonu əhatə edən görməni əldə etməyə imkan verəcək.
Elektromaqnit spektrin bir neçə bölməsinin kombinasiyası insanlara bir çox potensial təhlükələri aşkar etməyə imkan verəcək. Bu yeni qurğular portativ və əlçatan olacaq. Daha əvvəl yalnız bəzi elmi-fantastik filmlərdən super qəhrəmanların sahib olduğu supergörməni istənilən şəxs əldə edə biləcək.
İnsanlardan əlavə, supergörmənin yeni texnologiyaları robotlar, avtomobil-robotlar və digər avtomatlaşdırılmış qurğular üçün də çox faydalı olacaq.
Bizi əhatə edən aləmi müqayisəolunmaz detallaşdırma səviyyəsində öyrənməyə imkan verən makroskopiya texnologiyaları
Dərin maşın təlimi və digər proqram vasitələrinin alqoritmlərindən istifadə bizi əhatə edən ətraf mühit haqqında bütün mövcud informasiyanı nizamlamağa kömək edəcək. Bu informasiya bizim görmə diapazonumuz və qavrama imkanlarımızdan kənara çıxan həssaslıq sahələrinə malik milyardlarla qurğuların köməyilə toplanacaq. Bütün bunları “makroskopiya” termini adlandırmaq olar. Belə ki, yalnız kiçik obyektləri görən mikroskopdan və ya uzaq obyektləri görən teleskopdan fərqli olaraq, makroskopiya texnologiyası bizi əhatə edən hər şeyi görəcək.
Çipdə yerləşən tibbi laboratoriyalar
Qeyd olunan yeniliklərlə yanaşı, tibbi təyinatlı çipdə yerləşdirilmiş laboratoriyalar da əlçatan olacaq. Onların köməyilə hər bir insan mayelərin ekspress analizini müstəqil edərək narahatlıq aşkar olunduqda həkimə müraciət edə bilər. Diaqnostika sahəsində bu qurğuların imkanları tibbi laboratoriyaların imkanları ilə müqayisə olunacaq.
Ekoloji vəziyyət və ətraf mühitə nəzarət edən “ağıllı” tənzimləyici şəbəkələr
Beş il sonra müxtəlif məqsədlərə xidmət edən yüksək dəqiqlikli simsiz tənzimləyicilərin bir neçə şəbəkəsi yaradılacaq. Bu tənzimləyicilər vasitəsilə toplanmış informasiya real vaxt rejimində zəhərli və ya radioaktiv maddələrin ən zəif axınlarını belə aşkar etməyə imkan verir ki, bu da əvvəlcədən bütün lazımi tədbirləri görməyə və genişmiqyaslı ekoloji qəzalardan yayınmağa şərait yaradacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.