Bank kartları və nağd pul olmadan ödəniş etmək mümkün olacaq

13 Yanvar 2017 - 10:35 | Texnoloji yeniliklər
Bank kartları və nağd pul olmadan ödəniş etmək mümkün olacaq

Cənubi Koreyanın maliyyə xidmətləri üzrə komissiyası 2017-ci ilin birinci yarısında biometrik ödənişlərin pilot layihəsinə start verməyi planlaşdırır.

psm7.com saytının məlumatına görə, istehlakçılar mağazalarda bank kartı və nağd pul olmadan ödəniş edə biləcəklər. Bunun üçün xüsusi hesablayıcı qurğuya ovucla toxunmaq kifayətdir. Skaner ovucdakı damarların cizgilərini tanıyaraq onu məlumat bazasında saxlanılan elektron nümunə ilə müqayisə edəcək. Ödəniş üçün pul müştərinin cari hesabından çıxılacaq.

Komissiya pilot layihənin detalları haqqında daha sonra məlumat verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.