Məlumdur ki, son illərdə aşağı səviyyəli “Assembler” dili öz mövqeyini yüksək səviyyəli dillərə güzəştə gedib, lakin yalnız “Assembler” kodunun yerinə yetirildiyi Əşyaların İnterneti qurğuları sayəsində öz populyarlığını yenidən artırmağa başlayıb.
İnternetdə axtarış sorğularının sayı əsasında proqramlaşdırma dillərinin populyarlığını qiymətləndirən “Tiobe” indeksinə əsasən, “Assembler” 2016-cı ildə ildə 2 dəfə onuncu yerə sahib olub.
“Открытые системы” jurnalının məlumatına görə, yaxın müddətdə “Assambler”i “Ruby”, “R” və ya “MatLab” kimi proqramlaşdırma dilləri sıxışdıra bilərlər. “PyPL”nin alternativ indeksində isə “Assembler” 18-ci yerdə dayanır. “Tiobe” düsturunda bir çox axtarış resursu nəzərə alınsa da, “PyPL” yalnız “Google” sistemində dil üzrə tədris materiallarının axtarışını analiz edir.
“Tiobe”nin ilk onluğunda Java, C, C++, Python, C#, PHP, JavaScript, Visual Basic.Net, Perl, Assambler kimi proqramlaşdırma dilləri öz əksini tapıb.
“PyPL” indeksində isə ilk onluqda Java, Python, PHP, C #, JavaScript, C++, C, Objective-C, R və Swift dilləri qərarlaşıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.