Robotların erası başlayır

05 Yanvar 2017 - 14:40 | Maraqlı məlumatlar
Robotların erası başlayır

Yaponiyanın “Fukoku Mutual Life Insurance” sığorta şirkəti 30-dan çox əməkdaşını süni intellektlə əvəz edəcək.

“IBM Watson” texnologiyası əsasında yaradılmış süni intellektə malik yeni “əməkdaşlar” hələ ki, ödənişlərin qiymətləndirilməsi bölməsində işləyəcəklər. Onlar tibbi hesabatlar, sığorta şirkətinin müştərilərinə edilən ödənişlərin hesablanması üçün istifadə olunan həkimə müraciətlər haqqında hesabatlar və s. kimi sənədləri emal edəcəklər. Daha əvvəl bu sənədləri 130-dan çox əməkdaş emal edirdi. Onlar ildə 130 mindən çox sığorta hadisəsini təhlil edirdilər.

psm7.com saytının məlumatına görə, şirkətin süni intellektə keçidlə bağlı qərarı nəticəsində 34 əməkdaş ixtisar ediləcək ki, bu da ildə təxminən 1,2 milyon dollar məbləğində vəsaitə qənaət etməyə imkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.