Rekord tutuma malik fləş-kart təqdim olunub

05 Yanvar 2017 - 09:14 | Texnoloji yeniliklər
Rekord tutuma malik fləş-kart təqdim olunub

“Kingston” şirkəti 1 və 2 terabayt tutumunda fləş-kartı təqdim edib. İstehsalçılar bildiriblər ki, yeni qurğu öz sinfinin nümayəndələri arasında rekordçudur.

www.nanonewsnet.ru saytının məlumatına görə, “DataTraveler Ultimate GT” fləş-kartı böyük tutumlu sərt diski əvəz edəcək. Qurğu möhkəm metal korpusa malikdir ki, bu da ən aktiv gəzintilər zamanı məlumatların zədələnməsinin qarşısını alır. Fləş-kart “USB 3.1” interfeysi ilə təchiz edilmişdir. Belə ki, noutbuk yalnız “USB-C”ni dəstəkləyirsə, müvafiq birləşdiricini əldə etmək lazımdır.

Fləş-kartın 2017-ci ilin fevralında satışa çıxarılması planlaşdırılır. Qurğunun qiymətinin yüksək olacağı güman edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.