Ev şəraitində görmə itiliyini yoxlayan cihaz təqdim olunub

28 Dekabr 2016 - 16:00 | Maraqlı məlumatlar
Ev şəraitində görmə itiliyini yoxlayan cihaz təqdim olunub

“EyeQue” adlı optik qurğu smartfon displeyinin köməyi ilə görmə itiliyinin yoxlanılması üçün istifadə olunur.

hi-tech.mail.ru saytının məlumatına görə, “EyeQue” cihazı smartfona bərkidilir və “myEyeQue” mobil tətbiqi işə salınır. İstifadəçi ekrandakı obyektləri izləyir. Görmə itiliyinin yoxlanılması 9 testdən ibarətdir. Ölçmənin nəticələri həkimin resepti formasında tərtib olunur və reseptdə görmə itiliyinin bərpası üçün linza modeli göstərilir.

Sözügedən qurğu görmə itiliyi problemlərini aşkar etməyə, eynək və ya linzaları seçməyə kömək edəcək. “EyeQue”, həmçinin müalicə zamanı görmə dərəcəsində dəyişikliklərin izlənilməsi üçün istifadə oluna bilər.

“EyeQue” tibbi cihaz sertifikatına malik deyil, ona görə onun göstəricisini tövsiyə kimi istifadə etmək olar. Həmçinin istehsalçılar qurğunun ölçmə dəqiqliyi barədə məlumat verməyiblər.

Qeyd edək ki, “Consumer Electronics Show” (CES – 2017) sərgisində nümayiş olunması nəzərdə tutulan qurğunun “Kickstarter” resursunda qiyməti 25 dollar təşkil edir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.