Ümumdünya İqtisadi Forumunun inkişaf edən texnologiyalar üzrə Şurasının qəbul etdiyi, cari ildə hazırlanmış əsas innovativ texnologiyaların siyahısını təqdim edirik.
Nanosensorlar və internet nanoqurğuları
Bu gün ən çox diqqət cəlb edən sahələrdən biri insan bədəni daxilində dövr etmə və ya konstruktiv materiallara tətbiq edilmə qabiliyyətinə malik nanosensorlardır. Bu sensorların internetə qoşulmaq imkanı gələcəkdə tibb, aqronomiya, dərman preparatlarının istehsalı və elmin digər sahələrinə böyük təsir göstərəcək.
Yeni nəsil batareyalar
Tələbat və istehsal imkanlarının uyğunsuzluğu yenilənən enerji mənbələrinin inkişafı sahəsində əsas maneədir. Artıq mükəmməl şəraitdə əldə edilmiş enerjinin artığının şəbəkəyə sonrakı ötürülmə üçün saxlanılması probleminin həlli yüksəldilmiş həcmə malik natrium, alüminium və sinkə əsaslanan yeni batareyalar ilə mümkündür. Bununla yanaşı, bütöv bir qəsəbə üçün təmiz, etibarlı, gecə-gündüz enerji mənbəyi ola biləcək mini-energetika sistemlərinin qurulması da bu batareyalar sayəsində mümkün olacaq.
“Blockchain”
“Blokchain” – elektron ödəniş şəbəkəsində rəqəmsal valyuta üzrə məşhur termindir: heç bir insan və ya təşkilatın ixtiyarında olmayan və onun idarə etmədiyi əməliyyatların desentralizasiya olunmuş ictimai şəbəkəsidir.
İnvestisiyalar sayəsində yalnız 2015-ci ildə 1 milyard dollardan çox gəlir gətirən “blokchain”in iqtisadi və sosial təsiri potensial olaraq dünya bazarları və hökumətlərin qarşılıqlı təsir yollarını dəyişdirmək imkanına malikdir.
İkiölçülü materiallar
Qrafen bir atom qatından ibarət olan ən tanınmış materialdır. İstehsal dəyərinin kəskin düşməsi nəticəsində bu kimi materiallar tezliklə geniş spektrli sahələrdə (su və hava filtrlərindən geyim və batareyalarının yeni nəslinin hazırlanmasına qədər) öz tətbiqi tapa biləcək.
Avtopilot vasitəsilə idarə olunan avtomobillər
Bir çox ölkələrdə özünü idarə edə bilən avtomobillər tamamilə leqallaşdırılmasa da, onların müxtəlif sahələrdə tətbiqi tam avtonomluğun əldə olunması istiqamətində əsas texnologiyaların sürətli inkişafına şərait yaradacaq.
Çip daxilində orqanlar
İnsan orqanlarının yaddaş kartı ölçüsündəki modelləri tədqiqatçılara bioloji mexanizmlərin işini müşahidə etmək imkanı verərək tibbi tədqiqatlarda və dərman preparatlarının hazırlanmasında inqilabi sıçrayış əldə olunmasına imkan yaradacaq.
Süni intellektin açıq ekosistemləri
Sosial dərketmənin təbii dilinin və alqoritminin işlənməsində birgə səylər tezliklə virtual assistentlərin insanlara müxtəlif məsələlərin həllində – şəxsi maliyyə vasaitlərinin idarə edilməsinə dair məsləhətlərdən qarderobun seçilməsinə qədər – kömək etməsinə imkan verəcək.
Optogenetika
Beynin neyronlarının fəallığının qeydə alınması üçün işıq və rəngdən istifadə etmək imkanları artıq uzun müddətdir müzakirə edilir. Bu yaxınlarda aparılan tədqiqatlar nəticəsində, işıq şüaları insanların beyninin işində olan pozuntuların müalicəsinə imkan yarada biləcək daha dərin hüceyrələrə daxil ola bilər.
Metabolik sistemlərinin planlaşdırılması
Sintetik biologiya, sistem biologiyası və təkamül mühəndisliyi sayəsində əldə olunan uğurlar nəticəsində hazırda bir çox kimyəvi maddələri bitkilərin köməyi ilə daha sadə və daha ucuz istehsal etmək mümkün olacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.