Kainatın erkən dövrlərinin modeli 3D-printerdə çap olunub

22 Dekabr 2016 - 16:00 | Maraqlı məlumatlar
Kainatın erkən dövrlərinin modeli 3D-printerdə çap olunub

ABŞ-ın Bruklin ştatında yerləşən laboratoriyada kainat yarandıqdan təxminən 380 min il sonrakı vəziyyətinin 3D-printer vasitəsilə modeli hazırlanıb.

naked-science.ru saytının məlumatına görə, Nyu-Yorkun Barnard kollecinin professoru Cenna Levinin rəhbərlik etdiyi qrup Londonun İmperial kollecindən olan ekspertlər ilə birgə kainatın “yaradılması” üçün hazırladıqları alqoritmdən istifadə ediblər.

“Kosmik heykəl” adlı xüsusi kompüter proqramı “Plank” orbital rəsədxanasında keçirilmiş kosmik mikrodalğalı fon şüasının ölçülərinin köməyilə yaradılmış xəritəyə əsasən hazırlanmışdır.

3D-printerdə çap edilmiş erkən kainatın modeli softbol oyunu üçün olan top ölçüsündə kürəyə bənzəyir. Onun səthində daha isti ərazilər – Böyük partlayışın izləri parlaq rənglərlə qeyd edilib, digər səthlər isə açıq-mavi çalarına malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.