“Facebook” daha sosial virtual platformanı yaratmaq üçün şlemlərdən istifadə edəcək

27 Mart 2014 - 11:00 | Texnoloji yeniliklər
“Facebook” daha sosial virtual platformanı yaratmaq üçün şlemlərdən istifadə edəcək

M.Sukerberq virtual ünsiyyət texnologiyalarını inkişaf etdirmək niyyətindədir

Bu yaxınlarda WhatsApp messencerini 19 milyard ABŞ dollarına almaqla İT-ictimaiyyəti təəccübləndirən dünyanın ən iri və məşhur sosial şəbəkəsi olan “Facebook” bu günlərdə gözlənilməz anons edib. Belə ki, “Facebook” 2 milyard dollara Oculus Rift - virtual reallıq şlemlərini hazırlayan “Oculus VR” şirkətini alıb. 

cybersecurity.ru saytının məlumatına görə, məqsəd virtual reallıq imkanlarını artırmaq, istifadəçilərə yeni kommunikasiya, media, əyləncə və təhsil növlərini təqdim etməkdir. 

“Facebook”un baş direktoru Mark Sukerberq bildirib ki, şirkət virtual reallığı sosial şəbəkələrin inkişafında növbəti mərhələ hesab edir: “Mobil platformalar – bu günün texnologiyalarıdır, lakin biz, həm də sabah nə olacağını düşünürük. “Oculus” bizə daha sosial virtual platformanı yaratmaq şansını verəcək”. 

“Oculus VR” İrvaynda (Kaliforniya ştatı, ABŞ) yerləşir, şirkət 2012-ci ildə 21 yaşlı Palmer Laki tərəfindən təsis edilib.