2025-ci ildə avtomobil sahəsini hansı dəyişikliklər gözləyir?

01 Dekabr 2016 - 11:05 | Maraqlı məlumatlar
2025-ci ildə avtomobil sahəsini hansı dəyişikliklər gözləyir?

Biometrik texnologiyalar sahəsində nailiyyətləsürücülük təcrübəsiavtomobillərin təhlükəsizliyi və rahatlığı anlayışını radikal şəkildə dəyişir.

Frost & Sullivan” şirkətinin proqnozlarına görə, 2025-ci ilə kimi avtomobillərin təxminən 30%-nə biometrik texnologiyalar tətbiq olunacaq. Belə ki, gələcəkdə sərnişin avtomobilləri barmaq izləri və gözün qüzehi qişasının skan edilməsi, eləcə də səs və jestlərin tanınması texnologiyası ilə təchiz ediləcək.

psm7.com saytının məlumatına görə, yeni nəsil avtomobillərinə, həmçinin ürək döyüntüsü, beyin dalğaları, yorğunluq, stress və nəbz simptomlarının monitorinqi texnologiyası tətbiq olunacaq.

Bundan başqa, texnologiya epilepsiya xəstəliyindən əziyyət çəkən insanlara epileptik tutmaları qabaqcadan bilməyə imkan verəcək. Biometrik texnologiyalar yuxu və sərxoşluq əlamətlərini də aşkar edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.