Londonda yerləşən “Covent Garden” ticarət mərkəzi milad bayramında əlavə reallıq texnologiyasını istifadəyə verəcək. 6 həftə davam edəcək layihədə 140-dan çox mağaza və restoran iştirak edəcək.
payspacemagazine.com saytının məlumatına görə, alıcılar əlavə reallıq texnologiyasının köməyilə Santa Klausla görüşmək, “Covent Garden”in ətrafındakı xəzinənin axtarışında iştirak etmək, həmçinin virtual milad ağacında gizlədilmiş eksklüziv endirimləri əldə etmək imkanı qazanacaqlar. Bütün bunlar “iOS” və “Android” əməliyyat sistemləri ilə işləyən “Blippar” proqramı vasitəsilə əlçatan olacaq.
Ticarət mərkəzinin rəhbərliyi bildirib ki, əlavə reallıq texnologiyası müştəriləri cəlb etməyin yeni üsuludur və bütovlükdə elektron ticarətin inkişafı üçün böyük potensiala malikdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.