ABŞ-ın İllinoys Universitetinin alimləri yeni daşınan sensoru təqdim ediblər. Üfüqi səthdə 25% dartılmaq imkanına malik qurğunun qalınlığı 20 mm, çəkisi 213,6 qramdır.
naked-science.ru saytının məlumatında bildirilir ki, birinci mərhələdə sensor bədənin müxtəlif hissələrində (boyun, sinə və qarın) test edilib. Məlum olub ki, qurğu ürək klapanlarının açılıb-bağlanması kimi, yuxu arteriyasında qanaxma, səs tellərinin vibrasiyası və hətta mədə-bağırsaq traktının aktivliyi kimi parametrləri qeydə ala bilir.
Sistem, həmçinin "insan-kompüter" interfeysinin elementi kimi sınaqdan keçirilib. Könüllü xirtdəyə yerləşdirilmiş sensorun köməyilə kompüterə səs komandaları göndərə bilib. Bu halda sözlərin tanınması dəqiqliyi 90% təşkil edib. Alimlərin sözlərinə görə, əlavə avadanlıqdan istifadə və daha geniş buraxılış zolağı hesabına bu göstəricini yaxşılaşdırmaq mümkündür. Yuxarıda təsvir edilmiş səsin tanınması üsulu dron və bioprotezlərin idarəetməsi kimi analoji sistemlərdə də istifadə oluna bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.