Cərrahiyyə əməliyyatlarını məsafədən aparmaq mümkün olacaq

10 Noyabr 2016 - 12:10 | Texnoloji yeniliklər
Cərrahiyyə əməliyyatlarını məsafədən aparmaq mümkün olacaq

Cərrahlar yaxın gələcəkdə əməliyyatları distant formada həyata keçirə biləcəklər. Florida xəstəxanasının yaxınlığındakı Nikolson Mərkəzində hazırlanan texnologiyalar pasiyentdən istənilən məsafədə olduqda cərrahi müdaxilələri yerinə yetirməyə imkan verəcək. Robotlaşdırılmış cərrahi komplekslərin məsafədən idarə olunması tibb mərkəzlərinin imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsinə kömək edəcək.

ittube.ru saytının məlumatına görə, Təhlükəsizlik Departamentindən 4,9 milyon ABŞ dolları məbləğində qrant əldə edən alimlər artıq sınaqları başa çatdırıblar. Sınaqların nəticələrinin bu əməliyyatları daha təhlükəsiz etməyə imkan verəcəyi bildirilib.

Qeyd edək ki, əvvəllər də bu kimi cərrahi müdaxilələr həyata keçirilirdi, lakin o zaman cərrah və robot bir-birindən yaxın məsafədə idilər. Əməliyyatı yerinə yetirən idarəetmə pultu və alətlər simli əlaqə kanalları ilə birləşdirilirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.