Buz üzərində müvazinəti saxlamağa kömək edən çəkmələr

09 Noyabr 2016 - 09:44 | Maraqlı məlumatlar
Buz üzərində müvazinəti saxlamağa kömək edən çəkmələr

İsveç ixtiraçısı Bertil Sesvard buz üzərində yıxılmanın qarşısını almaq üçün yeni texnoloji üsul kəşf edib. Belə ki, ayaqqabının altına zəruri hallarda aktivləşdirilə bilən “tikanlar” bərkidilib.

hitech.newsru.com saytının məlumatına görə, “Gripforce” adlı çəkmələr qara və ya tünd-qəhvəyi rəngdə olmaqla dörd variantda təqdim edilib.

Adi rejimdə bu “tikanlar” yerin səthinə dəymir, bağlı ərazilərdə isə döşəməni korlamır. Lakin qarlı havalarda “Gripforce”un yan tərəfinə yerləşdirilmiş açarı çevirmək kifayətdir. Bundan sonra ayaqqabının altı daha yumşaq olur və “tikanlar” çəkmə sahibinin çəkisinin təsiri altında yerin səthinə toxunur.

Qeyd edək ki, artıq “Kickstarter” platformasında çəkmələrin istehsalı üçün vəsaitin toplanmasına başlanılıb. Bu proses dekabrın 9-dək davam edəcək. Çəkmənin dəyəri hazırda 299 ABŞ dolları təşkil edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.