“Samsung Electronics Co Ltd” şirkəti gələcək Galaxy S8 smartfonu üçün süni intellekt əsasında rəqəmsal assistent təqdim etmək niyyətindədir. Şirkətin əsas məqsədi Galaxy S7-nin uğursuzluğundan sonra öz əvvəlki nüfuzunu bərpa etməkdir.
Şirkət Viv adlı süni intellekt platformasını Galaxy smartfonlarına birləşdirməyi, o cümlədən məişət cihazları və daşınan qurğularda səs assistenti xidmətini genişləndirməyi planlaşdırır.
İnvestorlar iddia edirlər ki, Galaxy S8 çox güclü və keyfiyyətli qurğu olmalıdır ki, şirkət istehlakçıların əvvəlki etibarını və öz gəlirlərini bərpa edə bilsin.
psm7.com saytının məlumatına görə, “Samsung” hələ süni intellekt əsasında istifadəyə veriləcək yeni xidmətinin bütün imkanları barədə məlumat verməyib. Galaxy S8-in növbəti ilin başlanğıcında satışa çıxarılacağı gözlənilir.
Texnologiya şirkətləri öz istehlakçıları ilə mobil qurğular arasındakı qarşılıqlı təsiri gücləndirmək məqsədilə süni intellekt sahəsində liderliyi əldə etmək uğrunda ciddi rəqabətə giriblər. Hələlik “Google” şirkəti bu sferada öz liderliyini qoruyub saxlayır. Lakin “Amazon”, “Apple” və “Microsoft Corp” kimi tanınmış şirkətlər də səs əsasında öz şəxsi rəqəmsal assistentlərini təqdim edirlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.