Verilənlərin emalı mərkəzlərinin kompleks monitorinqi üçün yeni platforma təqdim olunub

03 Noyabr 2016 - 08:00 | Maraqlı məlumatlar
Verilənlərin emalı mərkəzlərinin kompleks monitorinqi üçün yeni platforma təqdim olunub

“Cisco Systems” şirkəti verilənlərin emalı mərkəzlərinin (VEM) işinin kompleks monitorinqi üçün “Tetration Analytics” platformasını təqdim edib.

“Tetration Analytics” platforması paketlər, axınlar və İT-infrastrukturun komponentləri arasında məlumatların sürətli ötürülməsinin monitorinqi əsasında VEM-də baş verən proseslərin analizi üçün nəzərdə tutulub.

computerworld.ru saytının məlumatına görə, VEM-in işinə dair toplanmış məlumatları vizuallaşdıran “Tetration Analytics” vəziyyətin anlaşılmasını əhəmiyyətli dərəcədə sadələşdirərək fərqli sistemlərə tələbatı və onların məlumatlarının əl ilə korrelyasiyasını aradan qaldırır.

Yeni platformanın nüvəsi kimi “Cisco UCS C220 Rack Server”in 36 serveri və “Nexus 9372PQ”nın üç kommutatorundan ibarət klaster xidmət edir. Klasterin proqram təminatı böyük ölçülü verilənlərin analitik texnologiyalarına əsaslanıb.

Real vaxta yaxın rejimdə işləyən yeni platforma saniyədə milyondan çox unikal hadisə emal etmək imkanına malikdir.

Hazırda “Tetration Analytics” on minlərlə serveri özündə saxlayan İT-infrastruktur üçün hesablanıb. Gələcəkdə daha kiçik miqyaslı platformanın konfiqurasiyasının yaradılması gözlənilir; həmçinin onun buludda yerləşdirilməsi mümkündür. Bu, analitik platformanın qiymətinin azalmasına səbəb olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.