“Google” şirkəti mobil qurğular üçün “Tango” adlı əlavə reallıq sistemini təqdim edib. Hələ ki, sistem yalnız yeni satışa çıxarılan “Lenovo Phab2 Pro” smartfonlarında işləsə də, növbəti ildə bu kimi qadjetlərin sayının artırılması nəzərdə tutulub.
psm7.com saytının məlumatına görə, əlavə reallıq əsasən oyunlara tətbiq olunur. Lakin “Tango”nun imkanları bununla məhdudlaşmır. Məsələn, “iStaging” proqramı müştərilərin evində mebelin necə görünəcəyini nümayiş etdirmək imkanına malikdir. “Tango”nun potensialının bu istiqamətdə inkişaf etdirilməsi internet-mağazalarda alış-verişin daha rahat olmasına şərait yaradacaq.
Bəzi şirkətlər artıq geyimlər üçün əlavə reallıqdan istifadə edir. Banklarda isə şöbələrin müasirləşdirilməsi üçün bu texnologiyadan istifadə planlaşdırılır.
Qeyd edək ki, hazırda “Tango” 35 proqram vasitəsilə dəstəklənir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.