Beynəlxalq sosial internet layihəsi olan WikiLeaks ilk dəfə olaraq ABŞ prezidenti Barak Obamanın qəbul etdiyi və göndərdiyi elektron mesajları internetə yerləşdirib.
The Hill internet resursunun məlumatına əsasən, mesajlar 2008-ci ilin oktyabr ayında, B.Obama birinci prezident seçkilərində qalib gəlməmişdən öncə göndərilmişdir.
Yazışmalar Obama və ABŞ Demokrat Partiyasının üzvü Hillari Klintonun seçki qərargahının rəhbəri Con Podesta arasında aparılmışıdır. Burada Obamanın bobama@ameritech.net elektron ünvanından istifadə etdiyi göstərilir. Qeyd edək ki, indiyədək ABŞ prezidentinin bu domendən istifadə edib-etməməsi ictimaiyyətə məlum deyildi.
Yazışmalarda onlar Obamanın mümkün prezidentliyini, onun prezident seçiləcəyi halda G20 sammitində iştirakını müzakirə ediblər. Bildirilir ki, mesajların əksəriyyəti Podesta tərəfindən göndərilib.
Dövlət, korporasiya yaxud dinə məxsus sızdırılmış məxfi məlumat və sənədləri dərc edən WikiLeaks bundan öncə də Klintonun qərargah başçısının yazışmalarının 13-cü hissəsini internetə yerləşdirmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.