Ə.M.Abbasovun AR rabitə və yüksək texnologiyalar naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

11 Mart 2014 - 12:45 | Mühüm hadisələr
Ə.M.Abbasovun AR rabitə və yüksək texnologiyalar naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram: 

Əli Məmməd oğlu Abbasov Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilsin. 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 07 mart 2014-cü il