“5G” rabitə şəbəkəsində rekord sürət qeydə alınıb

17 Oktyabr 2016 - 10:00 | Maraqlı məlumatlar
“5G” rabitə şəbəkəsində rekord sürət qeydə alınıb

“Ericsson” və “Telia” şirkətləri Avropada real şəbəkədə “5G” standartı üzrə ilk sınaqlar keçirib. Sınaqlar İsveçin Çista şəhərində “Telia” şəbəkəsində 15 QHs diapazonunda 800 MHs zolağında aparılıb. Yoxlama zamanı bir istifadəçi üçün 15 Qbit/s rekord nəticə əldə edilib.

Şirkətlərin rəsmiləri bildiriblər ki, bu göstərici “4G” şəbəkəsinin maksimal nəticəsindən 40 dəfə yüksəkdir. Artıq 2018-ci beşinci nəsil rabitə texnologiyası adi istifadəçilər üçün də reallığa çevriləcək, çünki həmin dövrədək “Telia” şirkəti Stokholm və Tallində ilk “5G” rabitə şəbəkəsini istifadəyə verəcək.

4pda.ru saytının məlumatına görə, bu, İsveç və Estoniyadakı abunəçilər üçün “5G” xidmətlərinin istifadəyə verilməsinə imkan yaradan böyük nailiyyətdir. İşlək “outdoor” şəbəkə şəraitində keçirilmiş sınaqlar zamanı əldə olunmuş bilik və bacarıqlar “5G” texnologiyalarının inkişafı üçün mühüm əhəmiyyət kəsb edəcək.

“Telia” və “Ericsson” şirkətlərinin rəsmiləri elan ediblər ki, “5G” şəbəkəsində əldə olunan yüksək sürət mövcud olan xidmətlərin keyfiyyətini yaxşılaşdırmaqla yanaşı, yeni layihələr həyata keçirməyə imkan verəcək. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.