ABŞ alimləri tərəfindən hazırlanmış xüsusi protez sayəsində iflic olmuş insanlar öz barmaqlarına toxunuşu hiss edəcəklər. Pitsburq Universitetinin mütəxəssisləri on il bundan əvvəl avtomobil qəzası keçirmiş 30 yaşlı Neytan Kouplendin beyninə protezdən siqnalları qəbul etmək qabiliyyətinə malik kiçik elektrodlar implantasiya ediblər.
tass.ru saytının məlumatına görə, insan protezdəki barmaqlara toxunuş zamanı öz iflic olmuş əlinin barmaqlarını hiss edir. Siqnallar zədələnmiş onurğa beynindən yan keçərək göndərilir.
Nəticə bir neçə ay davam etmiş sınaqlar zamanı dəfələrlə təsdiqlənib. Beləliklə, alimlərin yeni kəşfi gələcəkdə insanlara yalnız əl və ayaqları yerindən tərpətməyi deyil, həm də hərəkətləri hiss etməyi vəd edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.