İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları dama üzrə Spartakiadanın ilk pillələrində yer alıblar

29 Sentyabr 2016 - 14:08 | Mühüm hadisələr

AMEA Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə Akademiyanın 15 institutu arasında dama, şahmat, stolüstü tennis və futbol üzrə I Spartakiada keçirilir.

Sentyabrın 28-də Fizika İnstitutunda dama yarışlarının final oyunları baş tutub. Spartakiadanın nəticələrinə görə, qadınlar arasında keçirilən yarışda Torpaqşünaslıq və Aqrokimya İnstitutunun təmsilçisi İncə Məhərrəmova 1-ci yerə, İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları Xəyalə Əbdülhüseynovaİlahə İsmayılzadə müvafiq olaraq, 2 və 3-cü yerlərə layiq görülüblər.

Kişilər arasında keçirilən yarışda isə Fizika İnstitutunu təmsil edən Sakin Cabbarov 1-ci, İdarəetmə Sistemləri İnstitutundan Şahin Baxşıyev 2-ci, Radiasiya Problemləri İnstitutunun əməkdaşı Yadigar Cəfərov 3-cü yerə sahib olub.

Qeyd edək ki, I Spartakiada oktyabrın 7-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.