Ultrasəs sensor texnologiyaları insanın avtomobil avadanlıqlarıyla qarşılıqlı təsir üsulunu dəyişə bilər

23 Sentyabr 2016 - 05:00 | Texnoloji yeniliklər
Ultrasəs sensor texnologiyaları insanın avtomobil avadanlıqlarıyla qarşılıqlı təsir üsulunu dəyişə bilər

Məlumdur ki, dünyada virtual obyektlərə toxunmağa icazə verən və kompüterlə insanın qarşılıqlı təsiri zamanı toxunma əks əlaqəsini təmin edən müxtəlif növ ultrasəs texnologiyalar mövcuddur. Bu kimi texnologiyalar məişət texnikasından tutmuş avtomobillərin müxtəlif sistemlərinə kimi bir çox əşyalarla insanların qarşılıqlı təsiri prinsiplərinin mühüm dəyişikliyinə səbəb ola bilər.  

Bristol universitetinin Bristol Interaction and Graphics (BIG) laboratoriyası tədqiqatçılarının hazırladığı yeni Ultrahaptics sisteminin bir neçə ildən sonra ilk dəfə  Jaguar Land Rover avtomobillərində sınaqdan keçirilməsi nəzərdə tutulur. Sistem əvvəlki oxşar qurğularla faktiki olaraq eyni olsa da, yeganə fərq ondan ibarətdir ki, o, əvvəllər praktiki tətbiq üçün  nəzərdə tutulurdu.

dailytechinfo.org saytının məlumatında bildirilir ki, tam olaraq intuitiv jest idarəetməsi imkanlarından istifadə edəcək Ultrahaptics sistemi Jaguar Land Rover mühəndislərinin avtomobillərin gələcək nəsilləri üçün hazırladığı Predictive Infotainment Screen prototipinin informasiya-əyləncə sistemi olacaq.

Mühəndislərin sözlərinə görə,  toxunma əks əlaqəsindən istifadə sürücünün maşını idarə edərkən fikrinin yayınmasının qarşısını alaraq  bütovlükdə hərəkətin təhlükəsizliyini yüksəldəcək. "Bu yanaşma praktiki olaraq audiotexnika, məişət texnikası, təyyarə və digər nəqliyyat vasitələrində də istifadə edilə biləcək” deyə “Ultrahaptics”in şirkətinin rəhbəri bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.