Meqaşəhər Pekini qonşu şəhər və əyalətlərlə birləşdirəcək
Çin hökuməti ölkədə əhalisi 130 milyon insanı ötəcək meqaşəhərin yaradılması üzrə planın reallaşdırılmasına başlayıb.
Meqaşəhər Çinin böyük şəhərlərinin aqlomerasiyası (şəhərlərin intensiv istehsalat, nəqliyyat və mədəni əlaqələrlə mürəkkəb dinamik sistemə birləşməsi) yolu ilə yaradılacaq: əhalisi 22 milyon olan Pekin, qonşu 14 milyonluq şəhər Hebey və təxminən 72 milyon insanın yaşadığı Tyanszin əyaləti.
“Jing-Jin-Ji” adlı superşəhərin sahəsi 136 000 kv.km təşkil edəcək. Bu, Moskvanın (şəhərə birləşdirilmiş əraziləri nəzərə almaqla) sahəsindən demək olar ki, 55 dəfə çoxdur.
Aqlomerasiyada hər şəhər ölkənin inkişafı üçün müxtəlif istiqamətlər üzrə “cavabdeh olacaq”. Belə ki, Pekin texnologiya və mədəniyyət üçün “məsuliyyət” daşıyacaq. Tyanszində isə texnoloji tədqiqatlarla məşğul olunacaq. Hələlik, Hebeyin istiqaməti müəyyənləşdirilməsə də, burada kiçik istehsal müəsisələrinin yer alacağı güman olunur.
Meqaşəhər daha perspektivli sahələrin ölkənin iqtisadi cəhətdən geri qalan regionlarında da tətbiqinə imkan verəcək. Güman edilir ki, yüksəksürətli dəmir yol nəqliyyatının inkişafı nəticəsində şəhər sakinləri supermeqapolisin mərkəzindən kənarlarına 1 saat ərzində çata biləcəklər.
Qeyd edək ki, superşəhər 2022-ci ildə Qış Olimpiya Oyunlarının keçirilməsinə namizədliyini təqdim edəcək.
“Наука и жизнь” jurnalı
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.