Bükülən dron istehsal olunub

21 Sentyabr 2016 - 10:51 | Texnoloji yeniliklər
Bükülən dron istehsal olunub

Sörfçülər, xizəkçilər və ekstremal idman növləri üçün ekşn-kamera istehsalı sahəsində tanınan “GoPro” şirkəti ilk pilotsuz uçuş aparatını təqdim edib.

hitech.vesti.ru saytının məlumatına görə, bükülən kvadrokopterin maksimal sürəti 56 km/saat-dır. 4,5 km-ə qədər hündürlüyə qalxa bilən “Karma” adlı dron öz rəqiblərindən sıradan çıxmış detalların dəyişdirilməsi imkanı ilə fərqlənir.

Yeni dronun oktyabrda satışa çıxarılması planlaşdırılır. Qurğunun qiyməti 799 ABŞ dolları təşkil edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.