Göydələn şəklində “məlumatların emalı mərkəzi” tikiləcək

16 Sentyabr 2016 - 11:00 | Maraqlı məlumatlar
Göydələn şəklində “məlumatların emalı mərkəzi”  tikiləcək

İki italyan memarı İslandiyada qeyri-adi “məlumatların emalı mərkəzi”nin tikilməsi ideyasını irəli sürüblər. Məkan olaraq İslandiyanın seçilməsində məqsəd ondan ibarətdir ki, bu ölkə qütb dairəsinə yaxın olduğundan serverlər təbii üsulla soyuyacaq, elektrik enerjisini isə geotermik və su-elektrik stansiyalarından almaq mümkün olacaq.

Layihə müəlliflərinin sözlərinə görə, 65 mərtəbəli silindrik Data Tower göydələninin komponentlərini dəyişdirmək və müasirləşdirmək mümkün olacaq.  

 "Открытые системы" junalının məlumatında bildirilir ki, dəyirmi şəkildə olan “qala”nın daxilindəki hava bayıra nisbətən isti olduğundan, o, serverlərdən keçən və onları soyudan soyuğ havanı içəri çəkərək yuxarıya doğru yönələcək. Qeyd edək ki, göydələnin 300 metr hündürlükdə tikilməsi nəzərdə tutulur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.