MDB-nin ən güclü superkompüterlərinin siyahısı olan Top50-nin 23-cü redaksiyası rəsmi olaraq təqdim edilib. M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin elmi-tədqiqat hesablama mərkəzi və Rusiya Elmlər Akademiyasının idarələrarası superkompüter mərkəzi tərəfindən təşkil edilən siyahı hər yarım ildə yenilənir.
“Computerworld” internet nəşrinin məlumatına görə, Top50 siyahısına Moskva Dövlət Universitetində təsis edilmiş “T-Platformalar" şirkətinin istehsalı olan "Lomonosov-2" superkompüteri başçılıq edir: onun məhsuldarlığı əvvəlki kimi 1849 TFLOPS–dur. İkinci yeri də, həmçinin "T-Platformalar" istehsalı olan 901,9 TFLOPS məhsuldarlığa malik "Lomonosov" superkompüteri tutur. Reytinqin üçüncü pilləsində 658,1 TFLOPS məhsuldarlıqla “Politexnik RSK Tornado” superkompüteri qərarlaşıb. RSK istehsalı olan МВС-10 superkompüteri ən yüksək məhsuldarlıq göstəricisi ilə (523,8 TFLOPS) 4-cü yeri tutur.
Beşinci pilləyə ilk dəfə SuperMicro və “Борлас” şirkətlərinin istehsalı olan 289,5 TFLOPS məhsuldarlığa malik HPC4 superkompüteri daxil olub. Digər süperkompüterlər isə əvvəlki mövqelərini qoruyub saxlayıblar.