“Apple” şirkəti “iPhone 7” smartfonunu təqdim edib

08 Sentyabr 2016 - 09:00 | Texnoloji yeniliklər

“Apple” korporasiyası San-Fransiskoda keçirilmiş təqdimat mərasimində “iPhone 7” və “iPhone 7 Plus” smartfonlarını təqdim edib.

Yeni “iPhone” smartfonları su və toz keçirməzdir. Smartfonda “Home” düyməsindən imtina edilib.

“iPhone 7” 12 meqapiksellik kamera ilə təchiz edilib və təsvirin optik sabitləşməsi seçiminə malikdir. 7 meqapiksellik ön kamera “HD” formatında şəkillər çəkəcək. “iPhone 7 Plus” qurğusu iki kamera – telefoto (uzaqda yerləşən predmetlərə fokuslanmağa imkan verən obyektiv) və genişbucaqlı optika ilə təchiz edilib. Bundan başqa, on qat optik zuma malikdir.

İlk dəfə olaraq “iPhone” smartfonları stereodinamiklərlə təchiz edilib.

Yeni qurğuda qulaqlıqlar üçün audio konnektor yoxdur, onu “Lightning” portu əvəz edib. “AirPods” adlı simsiz qulaqlıqlar hazırlanıb.

“iPhone 7” və “iPhone 7 Plus” smartfonları dördnüvəli 64 bitlik “A10 Fusion” prosessoru ilə təchiz ediliblər. Yeni prosessor əvvəlkindən 40 faiz, birincidən isə 120 dəfə sürətlidir. “iPhone 7” dünyada ən sürətli smartfondur.

Aparatın qrafikası “iPhone 6” ilə müqayisədə 3 dəfə, “iPhone 6s” ilə müqayisədə isə 50 faiz sürətləndirilib. “iPhone” smartfonları tarixində ilk dəfə ən uzunmüddətli işləyən batareya ilə təchiz ediliblər.

“iPhone 7” modelinin başlanğıc qiyməti 649 dollar, “iPhone 7 Plus” modelinin isə 769 dollar təşkil edir.

Qeyd edək ki, smartfonların satışına 16 sentyabr tarixindən başlanılacaq. 

hi-news.ru