Dünyada ən sürətli fləş kartlar hazırlanıb

30 Avqust 2016 - 10:00 | Maraqlı məlumatlar
Dünyada ən sürətli fləş kartlar hazırlanıb

Novosibirsk alimləri tərəfindən hazırlanan daşınabilən qurğular mövcud fləş kartlardan dəfələrlə sürətli olacaq. Belə ki, Rjanov adına Yarımkeçiricilər fizikası İnstitutunun əməkdaşları multiqrafen əsasında innovativ fləş kartlar hazırlayır.

news.rambler.ru saytının məlumatına görə, 1 atom qalınlığında olan qrafen texnologiyanın ən müxtəlif sahələrində, həmçinin informasiyanın saxlanmasında tətbiq edilə bilər. Bir ədəd yaddaş çipi çərçivəsində qrafenin bir neçə qatının birləşdirilməsi məlumatların yüksək sıxlıqla yazılmasına nail olmağa imkan verir ki, bu da məlumatlardan yüksək sürətli istifadəni təmin edir.

Novosibirsk alimləri hesab edirlər ki, multiqrafen gələcəyin fləş kartları üçün mükəmməl əsasdır.