2017-ci ildə uçan taksilər istifadəyə veriləcək

24 Avqust 2016 - 09:30 | Maraqlı məlumatlar
2017-ci ildə uçan taksilər istifadəyə veriləcək

Dünyanın ən böyük aviatikinti şirkətlərindən olan “Airbus” sürücüsüz idarəetmə funksiyasına malik “CityAirbus” adlandırılan uçan taksi hazırlamağı planlaşdırır.

ferra.ru saytının məlumatına görə, uçan taksilərin sinaqlarına gələn ilin sonlarında başlanılacaq.

Hazırda fransızlar yeni uçan aparatla bağlı bir neçə həlli nəzərdən keçirir. Mühəndislər qrupu Silikon vadisində “Project Vahana” adlanan belə həllərdən biri üzərində çalışır. “Vahana” layihəsinə əsasən avtonom sərnişin dronları şəbəkəsinin yaradılması nəzərdə tutulur.

“CityAirbus” taksiləri bir sərnişin və onun baqajı üçün əlçatandır. Avtonom idarəetmə sistemi ilə təchiz edilmiş uçan aparat havada digər obyektlərin yerini müəyyənləşdirərək toqquşmalardan yayına biləcək.