Yeni texnologiya suyu günəş şüalarının köməyilə təmizləməyə imkan verəcək

17 Avqust 2016 - 09:00 | Maraqlı məlumatlar
Yeni texnologiya suyu günəş şüalarının köməyilə təmizləməyə imkan verəcək

ABŞ-da günəş enerjisinin köməyilə suyun təmizlənməsi üsulu hazırlanıb. Belə ki, xüsusi linza suyun qızdırılması üçün günəş şüalarını fokuslayır, bu isə suyu çirkləndirən maddələr və zərərli bakteriyaların parçalanmasına səbəb olur.

techcult.ru saytının məlumatına görə, kiçik çəkiyə malik və daşınabilən “Şüa” (“Ray”) adlandırılan qurğu bakteriyaları 99 faiz məhv edir. Sistemdən istifadə zamanı xarici qida mənbəyi tələb olunmur.

Qeyd edək ki, suyun təmizlənməsi üçün günəş enerjisindən istifadə ideyası artıq mövcud olsa da, bu üsulların əksəriyyəti yeni sistemə nisbətən böyük vəsait tələb edir və ya məhsuldarlığı nisbətən aşağıdır.