Robot-çoban ixtira edilib

11 Avqust 2016 - 11:00 | Texnoloji yeniliklər
Robot-çoban ixtira edilib

Avstraliyanın Sidney Universitetinin alimləri tərəfindən istənilən ərazidə hərəkət edə, otlaqda heyvanları izləyə və onların sağlamlığına nəzarət edə bilən kənd təsərrüfatı robotu yaradılıb.

Məsafədən idarə edilən “SwagBot” adlı robotun müxtəlif sensorlar və ixtisaslaşdırılmış proqram təminatı ilə təchiz edilməsi planlaşdırılır ki, bu da robota avtonom rejimdə işləməyə imkan verəcək. Robot-çoban həmin sensorlar vasitəsilə heyvanların otarılması üçün məkan seçəcək, onların sürüdən geri qalmasına imkan verməyəcək, həmçinin heyvanların sağlamlıq vəziyyətini izləyə biləcək.

techcult.ru saytının məlumatına görə, “SwagBot”un sınaqları uğurla başa çatarsa, robot tezliklə kənd təsərrüfatında geniş istifadə ediləcək.