Süni intellekt xərçəng xəstəliyindən əziyyət çəkən pasiyentin həyatını xilas edib

08 Avqust 2016 - 10:00 | Maraqlı məlumatlar
Süni intellekt xərçəng xəstəliyindən əziyyət çəkən pasiyentin həyatını xilas edib

Yaponiyalı həkimlər ilk dəfə xərçəngin nadir formasından əziyyət çəkən pasiyentin müalicəsində süni intellektdən istifadə ediblər.

tass.ru saytının məlumatına görə, həkimlər öncə pasiyentə kəskin miyeloid leykemiya diaqnozu qoyublar və bu diaqnoza müvafiq müalicəni təyin ediblər. Lakin heç bir nəticə olmadığından süni intellektdən istifadəyə dair qərar verilib.

“Watson” superkompüteri mövcud göstəriciləri xərçəng xəstəliyinə dair 20 milyon kliniki tədqiqatın nəticəsi ilə müqayisə etdikdən sonra müəyyənləşdirib ki, pasiyent leykemiyanın başqa formasından əziyyət çəkir. Superkompüter indiyədək tətbiq edilmiş müalicə metodunu dəyişdirməyi təklif edib və nəticədə pasiyentin həyatını xilas etmək mümkün olub.