16 milyon rəng çalarına malik “ağıllı” qələm

04 Avqust 2016 - 16:14 | Texnoloji yeniliklər
16 milyon rəng çalarına malik “ağıllı” qələm

Amerikanın “Cronzy” şirkəti 16 milyon rəng çalarına malik “ağıllı” qələm hazırlayıb.

“Cronzy” adlı qurğu istənilən rəngi skan etməyə imkan verən xüsusi sensorla təchiz olunub. Bunun üçün qələmi lazımi rəngə malik olan əşyanın üzərinə qoyub düyməni sıxmaq kifayətdir.

hi-news.ru saytının məlumatına görə, “iOS”, “Android” və “Windows Phone” üçün hazırlanmış xüsusi proqram vasitəsilə lazımi rəngi skan etmədən də seçmək olar.

Hazırda “Indiegogo” servisində layihənin təkmilləşdirilməsi və qurğunun kütləvi istehsalına başlanması üçün tələb olunan vəsait toplanır. “Ağıllı” qələmin qiyməti 100 ABŞ dolları təşkil edir.