Gələcəyin avtobusu sınaqdan keçirilib

04 Avqust 2016 - 10:00 | Texnoloji yeniliklər
Gələcəyin avtobusu sınaqdan keçirilib

Çində qeyri-adi nəqliyyat vasitəsi sınaqdan keçirilib. “TEB-1” adlı tunel rolunu oynayan avtobusun özəlliyi xüsusi relslərin köməyilə yolun üstü ilə hərəkət etməsidir. Bununla da, adi avtomobillər üçün yol zolağı boş saxlanılır və tıxacların qarşısı alınır.

hi-news.ru saytının məlumatına görə, avtobus 300-dək sərnişin daşımaq qabiliyyətinə malikdir. Yeni nəqliyyat vasitəsinin uzunluğu 22 metr, eni 7,8 metr, hündürlüyü isə 4,8 metrdir.

Gələcəyin avtobusu ilk dəfə 2016-cı ilin mayında Pekində keçirilmiş beynəlxalq sərgidə nümayiş etdirilib. Artıq Braziliya, Fransa, Hindistan və İndoneziya qeyri-adi nəqliyyat vasitəsi ilə maraqlanıb.