Smartfonu kağız üzərində çap edilmiş barmaq izlərinin köməyilə “sındırmaq” mümkündür

03 Avqust 2016 - 09:40 | Maraqlı məlumatlar
Smartfonu kağız üzərində çap edilmiş barmaq izlərinin köməyilə “sındırmaq” mümkündür

Amerikalı alimlər kağız üzərində çap edilmiş barmaq izlərinin köməyilə smartfonu “sındırmağa”  müvəffəq olublar.

vesti.ru saytının məlumatına görə, polislər həlak olmuş şəxsin telefonunun blokdan çıxarılması üçün alimlərə müraciət ediblər.

Mütəxəssislər əvvəlcə barmaqlardan birinin 3D-modelini yaratmağa cəhd etsələr də, lazımi dəqiqlik əldə olunmayıb. Daha sonra onlar təsvirin keyfiyyətini yaxşılaşdıraraq kağız üzərində çap ediblər və beləliklə smartfonu “sındırmaq” mümkün olub.