İlk qulaq kompüteri yaradılıb

26 İyul 2016 - 16:31 | Texnoloji yeniliklər
İlk qulaq kompüteri yaradılıb

“Doppler Labs” şirkətinin mütəxəssisləri tərəfindən ilk qulaq kompüteri yaradılıb. “HERE One” adlı qulaqlıqlar ətrafdakı səsləri nizamlamağa imkan verir. Belə ki, qurğu vasitəsilə daha vacib səsləri eşitmək və smartfon üçün hazırlanmış xüsusi proqramın köməyilə kənar səsləri yox etmək mümkündür.

hi-news.ru saytının məlumatına görə, “ağıllı” qulaqlıqlara “Bluetooth” vasitəsilə musiqinin simsiz translyasiyası funksiyası da əlavə olunub.

Qeyd edək ki, qurğu ilkin sifariş üçün əlçatandır. Ağ və qara rənglərdə təqdim olunan dəstin qiyməti 299 ABŞ dolları təşkil edir.