3D-printerdən istifadə edən ilk restoran

14 İyul 2016 - 17:33 | Maraqlı məlumatlar
3D-printerdən istifadə edən ilk restoran

Hazırda Londonda yerləşən bir çox restoranlar ziyarətçilərə qeyri-adi xidmətlərin göstərilməsində bir-biri ilə rəqabət aparır. Belə ki, bu yaxınlarda mebellərdən yeməklərə qədər hər şeyin 3D-printerdə çap edildiyi restoran istifadəyə verilib. Burada hələ ki, yalnız 9 növ yemək təqdim olunur. Yeməklərin hazırlanması üçün xüsusi qida mürəkkəblərindən istifadə edilir.

techcult.ru saytının məlumatına görə, restoranda ət yeməklərinin çap edilməsi zamanı texnologiya və sanitariya ilə bağlı bir sıra problemlər yaranır. Hazırda ideyanın təkmilləşdirilməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, “Food Ink” restoranına baş çəkmək və 3D-yeməkləri dadmaq üçün 250 funt sterlinq ödəmək lazımdır.