Audio informasiya texnologiyaları problemləri üzrə araşdırmalar davam etdirilir

12 İyul 2016 - 08:54 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 6 saylı şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev rəhbərlik etdiyi şöbənin 2016-cı il üçün yarımillik hesabatını təqdim etdi. Cari ildə şöbədə audio informasiya texnologiyaları problemləri və elektron tullantıların elmi və sosial-iqtisadi problemləri üzrə elmi tədqiqatların aparıldığını bildirdi. Azərbaycanda e-dövlət üçün effektiv audio-video xidmətləri mühitinin formalaşdırılması konsepsiyasının, eləcə də ölkədə elektron tullantıların idarə edilməsi konsepsiyasının işlənməsi üzrə araşdırmaların davam etdirildiyini nəzərə çatdırdı.

B.Ağayev cari ildə 5 konfrans materialının dərc olunduğunu, tanınmış elmi jurnallarda 5 məqalənin nəşr edildiyini bildirdi. Həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfrans və simpoziumlarda iştirak, müxtəlif təyinatlı kitabların və elektron nəşrlərin hazırlanması, tanınmış elmi jurnallarda məqalələrin çap olunması, elmi-praktiki nəticələrin KİV-də təbliği və s. ilə əlaqədar yerinə yetirilmiş işlərdən danışdı.

Hesabata dair geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.

Sonra AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev audio-video informasiya texnologiyaları istiqamətinin müxtəlif mövzuları üzrə aparılmış tədqiqat nəticələrinə əsaslanaraq respublikada yaradılmaqda olan e-dövlət üçün effektiv audio-video xidmətləri mühitinin formalaşdırılması konsepsiyasının işlənməsi üzrə aparılan tədqiqat işlərini sürətləndirərək nəticələrin yekunlaşdırılması istiqamətində tapşırıq və tövsiyələrini verdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.