"Apple" 7-ci dəfə dünyanın ən nüfuzlu şirkəti adlandırılıb

28 Fevral 2014 - 11:00 | Texnoloji yeniliklər
"Apple" 7-ci dəfə dünyanın ən nüfuzlu şirkəti adlandırılıb

"Fortune" jurnalının top-menecer və digər ekspertlər arasında keçirdiyi sorğuya əsasən, "Apple" 7-ci dəfə dünyanın ən nüfuzlu şirkəti adlandırılıb. 

gazeta.ru saytının məlumatına görə, ikinci yerdə "Amazon", üçüncüdə "Google" korporasiyası qərarlaşıb. Sonrakı yerləri "Berkshire Hathaway", "Starbucks" və "Coca-Cola" şirkətləri bölüşüblər. 

İlk onluqda, həmçinin "Walt Disney", "FedEx", "Southwest Airlines" və "General Electric" şirkətləri yer alıblar. Ötən il altıncı yerdə qərarlaşmış "IBM" şirkəti hazırda 16-cı pillədədir. 

Reytinqdə "Samsung" 21-ci, "Microsoft" 24-cü, "Facebook" isə 38-ci olub.