Elektron tibbin multidissiplinar problemlərinə həsr olunmuş ilk konfrans başa çatdı

24 May 2016 - 19:00 | Konfranslar, İclaslar
Elektron tibbin multidissiplinar problemlərinə həsr olunmuş ilk konfrans başa çatdı, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Elektron tibbin multidissiplinar problemləri” I Respublika elmi-praktik konfransının bağlanış mərasimi keçirildi.

Tədbirin “Tibdə İKT-nin elmi-nəzəri problemləri”, “Tibdə İKT-nin praktiki problemləri” və “İKT-nin tibbi problemləri” adlı seksiya iclaslarının sədrləri çıxış edərək konfransın geniş fikir, bilik və təcrübə mübadiləsinin aparılması, bu sahədə mövcud problemlərin həlli üçün yeni imkanların yaranması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev seksiya iclaslarında təqdim olunmuş məruzələri yüksək qiymətləndirərək elektron tibbin multidissiplinar problemlərinin həlli ilə bağlı aparılan elmi tədqiqatların dərinləşdirilməsinin zəruriliyini vurğuladı. Akademik konfransın elektron tibbin elmi-nəzəri və praktiki problemlərinin həllinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.