“Ağıllı” qulaqlıq real vaxt rejimində nitqi tərcümə edir

18 May 2016 - 13:00 | Texnoloji yeniliklər
“Ağıllı” qulaqlıq real vaxt rejimində nitqi tərcümə edir

“Waverly Labs” startapı çərçivəsində real vaxt rejimində nitqi bir dildən başqa dilə tərcümə edən qulaqlıq hazırlanıb.

İstehsalçıların sözlərinə görə, “Pilot” adlı qadjetin innovativ tərcümə texnologiyası sayəsində dil baryerini aşmaq mümkün olacaq. Belə ki, smartfona yüklənmiş xüsusi mobil proqramın köməyilə işləyən qurğu internetə qoşulmadan canlı nitqi tanıyaraq tərcümə edir.

Müxtəlif dillərdə danışan insanlar arasında ünsiyyət qurmağa xidmət edən qadjetdən musiqi dinləmək üçün simsiz qulaqlıq kimi də istifadə oluna bilər.

Qurğu hələ ki, ingilis, ispan, fransız və italyan dillərini dəstəkləyir. “Ağıllı” qulaqlığı 129-179 dollara sifariş etmək mümkün olacaq.

hitech.vesti.ru