Süni intellekt hüquqşünas vəzifəsini icra edəcək

13 May 2016 - 15:10 | Maraqlı məlumatlar
Süni intellekt hüquqşünas vəzifəsini icra edəcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

“Baker & Hostetler” hüquq şirkətində süni intellekt şöbə rəhbəri vəzifəsinə təyin edilib.

“IBM” şirkəti tərəfindən “Watson” kompüteri əsasında yaradılmış “Ross” adlı süni intellekt müflisləşmə işləri ilə məşğul olan şöbəyə rəhbərlik edəcək.

hi-tech.mail.ru saytının məlumatına görə, “süni” hüquqşünas yazılı nitqi dərk etmək, topladığı məlumatlar əsasında müxtəlif fakt, sənəd və qanuna istinad etməklə məhkəmə təhqiqatları üçün qərar çıxarmaq qabiliyyətinə malikdir.

“Ross” adlı süni intellekt qanunvericilikdə edilmiş dəyişiklikləri izləyir, eləcə də axtarış sistemi funksiyasını yerinə yetirir. Ona hüquq fəaliyyətinə dair istənilən sualla müraciət etmək olar. Süni intellekt informasiyanı təhlil edərək ən uyğun cavabı verir. Bunun üçün şəxsi məlumat bazasından istifadə edir. Süni intellekt, həmçinin öyrənmək qabiliyyətinə malikdir.