Smartfonları enerji ilə təmin edən çanta yaradılıb

10 May 2016 - 09:00 | Maraqlı məlumatlar
Smartfonları enerji ilə təmin edən çanta yaradılıb

Smartfonların avtonom iş müddətinin qısa olması ilə əlaqədar hazırda dünyada portativ enerji qurğularından geniş istifadə olunur. İstifadəçi belə qurğunu özü ilə daşımaqla lazımi anda rabitəsiz qalmayacağına əmin ola bilər. Aktiv smartfon sahiblərinin həyatını daha da asanlaşdırmaq məqsədilə akkumulyator və günəş batareyalarının quraşdırıldığı Lifepack adlanan çanta yaradılıb. Bu texnoloji həll sayəsində iPhone 6 smartfon modelini 12 dəfə enerji ilə doldurmaq mümkün olacaq.

4PDA saytının məlumatına görə, çantanın daxilində smartfon və qiymətli əşyaları gizlətmək üçün dörd gizli bölmə yerləşir. Bölmələrin birində qurğuları enerji ilə doldurmaq üçün USB çıxışı yer alıb. Əşyaları tez-tez yerə salan insanlar üçün Lifepackin aşağı hissəsi hava ilə doldurulub ki, çanta yerə düşəndə içərisində olan əşyalara zərər dəyməsin. Həmçinin çanta sukeçirməzdir və onu mümkün oğurluq hallarından quraşdırılmış qıfıl qoruyur.

Layihə artıq Kickstarter vəsait toplanışı saytında 686 min 646 dollar toplaya bilib ki, bu da istehsala başlamaq üçün lazım olan məbləğdən xeyli çoxdur. Vəsait toplanışı kampaniyası ərzində Lifepack çantasının qiyməti 169 dollar təşkil edib, lakin oktyabr ayında istehsala başlanıldıqdan sonra çantanın qiymətinin 249 dollar olması nəzərdə tutulur