Dron-inşaatçılar hündürmərtəbəli binalar tikəcək

03 May 2016 - 15:45 | Texnoloji yeniliklər
Dron-inşaatçılar hündürmərtəbəli binalar tikəcək

İsveçrəli memar Əmmar Mərcan kiçik dronlar qrupunu layihə üzrə yüzlərlə tikinti blokundan ibarət mürəkkəb formalı 6 metr hündürlüyündə bina tikmək üçün proqramlaşdırıb.

popmech.ru saytının məlumatına görə, bir-biri ilə əlaqələndirilmiş pilotsuz uçuş aparatları ağır blokları hündürlüyə qaldırmaq üçün kifayət qədər gücə malikdirlər.

Memar robotların üçölçülü layihəyə dəqiqliklə əməl etdiklərini və layihə müəllifi tərəfindən düşünülmüş istənilən mürəkkəb formaları mükəmməl şəkildə yerinə yetirdiklərini xüsusi vurğulayıb.

Bildirilib ki, aparatlar qarşıya qoyulan vəzifəni yerinə yetirənədək işləyir. Oxşar texnikadan real binaların tikintisi zamanı istifadə ediləcəyi hazırda məlum olmasa da, hadisələrin inkişafı bunun yaxın gələcəkdə reallaşacağını göstərir.