Jest dilini səsə çevirən əlcək hazırlanıb

03 May 2016 - 10:00 | Texnoloji yeniliklər
Jest dilini səsə çevirən əlcək hazırlanıb

ABŞ-ın Vaşinqton Universitetinin tələbələri nitq qabiliyyəti məhdud insanlara jest dilini bilməyən şəxslərlə ünsiyyət qurmağa kömək edən əlcək ixtira ediblər.

hi-news.ru saytının məlumatına görə, qurğu əl hərəkətlərini və jestləri oxuyur, əldə edilmiş informasiyanı “Bluetooth” vasitəsilə kompüterə ötürür. Sonra proqram məlumatları xüsusi alqoritmlərin köməyilə analiz edir və onları öz verilənlər bazasındakı məlumatlarla müqayisə edərək səsə çevirir.

Nitq qabiliyyəti məhdud şəxslərə insanlarla ünsiyyət qurmağa kömək etmək üçün nəzərdə tutulmuş qurğular artıq mövcuddur, lakin bir sıra çatışmazlıqlara malikdir. Bəzi ixtiralar diqqətəlayiq olsa da, onları yığcam hesab etmək olmaz. Belə ki, həmin qurğular əlləri və ya bədəni tamamilə örtür. Bu səbəbdən onlardan gündəlik həyatda istifadə etmək çətinlik törədir.

Yeni əlcəklər isə cibə rahatlıqla yerləşdiyindən onlardan eşitmə qabiliyyətinin yaxşılaşdırılması üçün qurğular və ya kontakt linzaları kimi gündəlik aksessuar kimi istifadə etmək mümkündür.

Qeyd edək ki, ixtiraçılar Navid Azodi və Tomas Prior əlcəklərin hazırlanmasına görə 10 min dollar məbləğində qranta layiq görülüblər.