Beynəlxalq “Qızlar İKT-də” günü qeyd ediləcək

27 Aprel 2016 - 16:00 | Mühüm hadisələr
Beynəlxalq “Qızlar İKT-də” günü qeyd ediləcək

Aprelin 28-də Cenevrədə, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) qərargahında “Qızlar İKT-də” gününə həsr edilmiş “Genişləndirilən üfüqlər, dəyişən münasibətlər” adlı beynəlxalq tədbir keçiriləcək.

BTİ-nin təşəbbüsü ilə qeyd olunan “Qızlar İKT-də” günü qadınların İKT sahəsində rolunun artırılmasına dəstək vermək məqsədi daşıyır.

Bu tarix BTİ-nin qətnaməsi ilə 2011-ci ildən etibarən hər il aprel ayının 4-cü həftəsinin 4-cü günü BTİ üzvü olan bütün ölkələrdə, o cümlədən Azərbaycanda qeyd edilir.