E-skin – dəri üzərində rəqəmsal displey

26 Aprel 2016 - 11:00 | Maraqlı məlumatlar
E-skin – dəri üzərində rəqəmsal displey

Tokio Universitetinin mühəndisləri professor Takao Someyya və doktor Tomoyuku Yokotanın rəhbərliyi ilə üzvi işıqsaçan diodlar (OLED) əsasında ultranazik və ultraçevik displey hazırlayıblar. Müxtəlif bioloji parametrləri əks etdirən yeni displey dəriyə bərkidilərək bir neçə gün aktiv qalır.

Displey 2 mikrometrlik yüksək keyfiyyətli qoruyucu təbəqədən hazırlanıb. Həmin təbəqə qeyri-üzvi (silisium oksinitrit) və üzvi (parilen) materiallardan olan qatlardan ibarətdir. Bu nazik təbəqə displeyi oksigen və suyun təsirindən qoruyaraq ona dəri üzərində bir neçə gün fəaliyyət göstərməyə kömək edir.

Displey qanda oksigenin səviyyəsi və nəbzin tezliyi barədə məlumat verir. E-skin həkimlərlə yanaşı, atletlər üçün də geniş imkanlar yaradır.

Gələcəkdə e-skin displeyinin tətbiq dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

techtimes.com