Elektron kitabxanaların formalaşması problemlərinə həsr olunmuş konfrans başa çatdı

15 Aprel 2016 - 18:10 | Konfranslar, İclaslar
Elektron kitabxanaların formalaşması problemlərinə həsr olunmuş konfrans başa çatdı, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Elektron kitabxanaların formalaşması problemləri” respublika elmi-praktiki konfransının bağlanış mərasimi keçirildi. Tədbirin “E-kitabxanaların elmi-nəzəri problemləri” və “E- kitabxanaların praktiki problemləri” adlı seksiya iclaslarının sədrləri – texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev və texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova çıxış edərək konfransın geniş fikir, bilik və təcrübə mübadiləsinin aparılması, bu sahədə mövcud problemlərin həlli üçün yeni imkanların yaranması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev seksiya iclaslarında təqdim olunmuş məruzələri yüksək qiymətləndirərək elektron kitabxanaların multidissiplinar problemlərinin həlli ilə bağlı aparılan elmi-tədqiqatlarda mühüm elmi nəticələrin əldə olunduğunu bildirdi. Akademik bugünkü konfransın elektron kitabxanaların elmi-nəzəri və praktiki problemlərinin həllinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.